Şriftin ölçüsü :

Saytın rəngi :

DSMF Samuxda “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” adlı tədbir keçirib

30 sentyabr 2015 | 15:00

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Samuxda “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” adlı regional tədbiri keçirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan  verilən məlumata görə, “Açıq qapı günü” - vətəndaş forumunda Samux, Göygöl, Kəlbəcər və Daşkəsən rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.
Tədbirdə fondun şöbə müdiri Famil Qədimov Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilən və fərdi uçotu aparılan sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.
DSMF-nin əməkdaşı Azəri Məmmədov bildirib ki, “Elektron hökumət” portalının statistikasına əsasən fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. Bu ilin 8 ayı ərzində fondun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü il müqayisədə 2 dəfə çoxdur.
Təqdimatla çıxış edən DSMF-nin əməkdaşı Nahid Qasımov DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunanın özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malik olduğunu diqqətə çatdırıb.
Tədbirdə bildirilib ki, sentyabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06% artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib.

Keçidlər