Şriftin ölçüsü :

Saytın rəngi :

2009-2013-cü illər Regionların Sosial – iqtisadi inkişafı Dövlət Proqramı ilə bağlı Samux rayonun Qiyaslı kəndində inşa edilmiş orta məktəb binasının açılışı

25 dekabr 2012 | 16:00

24.12.2012-ci il tarixdə 2009-2013-cü illər Regionların sosial iqtisadi inkişaf Dövlət Proqramına uyğun Samux rayon İcra Hakimiyyəti tərəfindən Qiyaslı kəndində inşa edilmiş orta məktəb binasının açılışı ilə bağlı tədbiri açan məktəbin direktoru E.Qurbanov təbrik üçün sözü Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə vermişdir.
Cənab Alı Qocayev Dövlət Proqramı ilə bağlı qısa müddətdə ərzində (27.06.2012-24.12.2012) 80 nəfər şagirdin təhsil alması üçün inşa edilmiş bu müasir tipli məktəbin açılışı münasibətilə məktəb kollektivini, şagirdlərini təbrik etmiş və ümidvar olduğunu bildirmişdir ki, müasir standartlara cavab verən bu məktəbdə çalışan kollektiv və şagirdlər öz üzərlərinə düşən məsuliyyətli daha dərindən hiss etməli daha əzimlə çalışmalıdır.
Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov yeni məktəb binasının açılışı münasibətilə məktəb kollektivini şagirdləri və kənd sakinləri təbrik etmişdir.
Çıxış edən digər natiqlər və kənd sakinləri yeni məktəb binasının açılışına görə Dövlət başçımız İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə öz dərin minnətdarlıqlarını bildirmişdir.
Açılışda rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri müxtəlif idarə və müəssisələrin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbir kütləvi informasiya kanalları tərəfindən çəkilmişdir.
 

Keçidlər