Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Kürqırağı kəndlərin qazlaşdırılması sürətlə davam edir

28 sentyabr 2015 | 15:00

Samux rayonunun Kürqırağı kəndlərinin qazlaşdırılması sürətlə davam edir. Artıq kənddaxili işlər yekunlaşıb. Mənzillər sayğacla təmin olunub.
Kəndlərin qazlaşdırılması üçün əsas məsələ daşıyıcı qaz xəttinin kür çayından keçirilməsi idi. Artıq bu iş yekunlaşıb. Sağ sahildən sol sahilə 600 metr uzunluğunda boru çaydan keçirilməklə tənzimləyiciyə çatdırılıb. Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərinin qazlaşdırılması üçün Sarıqamış kəndi yaxınlığındakı qazpaylayıcı stansiyadan 23 kilometr daşıyıcı xəttin çəkilişi də başa çatdırılıb. Yaxın vaxtlarda kürqırağı kəndlərə mavi yanacağın verilməsi təmin ediləcək.

Keçidlər