Samuxda Müqəddəs Qurban bayramı münasibəti ilə sovqatlar paylanıldı
24 sentyabr 2015 | 15:00
Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Samux Rayon İcra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi və Çernobıl faciəsi əlillərinə, şəhid ailələrinə, rayonun aztəminatlı ailələrinə sovqatlar paylanıldı. Bayram payları əvvəlcədən tərtib olunmuş müvafiq siyahıya uyğun olaraq şəhər, qəsəbə və kəndlərdə bir başa ünvanlara çatdırıldı. Sovqatlar ümumilikdə bir neçə min ailəni əhatə etdi.
Bayram sovqatlarını qəbul edən rayon sakinləri bu cür əziz bayramlarda onlara göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.