Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Ziyadlı kəndində səyyari görüşü keçirilmişdir.

22 sentyabr 2015 | 15:00

22.09.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Ziyadlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ziyadlı  kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qəmbərov Kəpəz  kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İbrahimov İbrahim Abbas oğlu çıxış edərək pay  torpaqlarının suvarılması üçün  bir ədəd  subartezian quyusunun vurulmasını   xahiş etdi.
2. Quliyev Qoşun  İbrahim  oğlu  öz çıxışında  kəndə verilmiş təbii qazın təzyiqinin artırılmasını             xahiş etdi.
3. İbrahimov Ədalət  İsrafil oğlu pay torpağının  suvarılmasına  köməklik     edilməsi təklifini irəli sürdü.

4. Süleymanov Zaur Turqut oğlu pay torpağının ərazisindən keçən  yüksək gərginlikli elektrik xəttinin bərpsını xahiş etdi.  


Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

 

Keçidlər