Samux rayonunda tanınmış incəsənət ustalarının rayon əhalisi ilə yaradıcılıq görüşü keçirilmişdir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cari il sentyabr ayının 23-də Samux rayonunda respublikanın tanınmış incəsənət ustalarının kənd əhalisi ilə yaradıcılıq görüşükeçirilmişdir.
Tədbirin əsas məqsədi bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, gənclərin mədəniyyətimizin müxtəlif sahələrinə marağının artırılması, gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olmasıdır.
Konsert proqramında iştirak edən xalq artistləri Canəli Əkbərov, Simarə İmanova, Cəmilə Bayramova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Azad Şükürov, aktrisa Zülfiyyə İsmayılova, gənc estrada müğənnisi Vüsalə Əsgərova, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev tamaşaçılara rəngarəng musiqi nömrələri nümayiş etdirmişlər.
Yaradıcılıq görüşlərində Azərbaycanı tərənnüm edən mahnılar, şerlər səslənmiş, ölkəmizin uğurlu inkişafında Prezident İlham Əliyevin misilsiz xidmətləri xüsusi vurğulanmışdır. Tədbirdə iştirak edən Samux Rayon İcra Hakimiyyətlərinin başçısı çıxış edərək bu cür tədbirlərin bölgələrin mədəni həyatında mühüm hadisə olduğunu qeyd etmiş, Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirmişdir.