Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qiyaslı kəndində səyyari görüşü keçirilmişdir.
16.09.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qiyaslı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev Faxrəddin Allahverdi oğlu çıxış edərək pay torpaqlarının suvarılması üçün bir ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
2. Zeynalova Naminə Hadı qızı öz çıxışında subartezian quyusunun təmirini xahiş etdi.
3. Ağayev Qəhrəman Əşrəf oğlu pay torpağının şumlanmasına köməklik edilməsi təklifinini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi