Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Heydər Əliyev Mərkəzində “15 sentyabr-Bilik günü” münasibətilə “Heydər Əliyev və təhsil yolları” adlı məktəblilər üçün tədbir təşkil olundu

15 sentyabr 2015 | 15:00

Samux Heydər Əliyev Mərkəzində 15 sentyabr Bilik günü münasibətilə  “Heydər Əliyev və təhsil yolları” adlı məktəblilər üçün tədbir təşkil olundu.
Əvvəl Samux şəhər 1 saylı məktəb lisey məktəbliləri Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, daha sonra  mərkəzin ekskursiya hissəsində Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən eksponatlarla tanış olmuşlar.  Daha sonra Qədim  Azərbaycan tarixini əsks etdirən elektron löhvəni izləmişlər.
Məktəbliləri təbrik edən Mərkəzin direktoru Aygün Həsənzadə  Ulu Öndərin dahi kəlamlarını“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq!”  deyə məktəblilərin diqqətinə çatdırdı.
Məktəblilərin Ulu Öndərin gənclik dövru və təhsili ilə bağlı suallarını  mərkəzin direktoru  və mərkəz ekskusiyaçısı cavablandırmışlar.
Daha sonra  mərkəzin 3D kinoteatrında Ümummilli lider Heydər Əliyevin  təhsil yollarına həsr olunmuş  video nümayiş olunmuşdur.
Sonda  məktəblilər Bilik Günü münasibətilə hazırlanmış tortu kəsərək  qeyd etdilər.

Keçidlər