Samux rayonunda “Bilik Günü” qeyd olundu
15 sentyabr-Bilik Günü münasibəti ilə Samux rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir. Bununla əlaqədar olaraq rayon İcra hakimiyyəti tərəfindən müvafiq qrafik təsdiq olunmuşdur. Qrafikə uyğun olaraq tədbirlərdə iştirak edən məsul şəxslər yeni tədris ilinin başlanması və bilik günü münasibəti ilə müəllim və şagirdləri təbrik etmiş, bölgələrdə təhsilə göstərilən yüksək dövlət qayğısından və bu sahədə həyata keçirilən islahatlardan danışmışdırlar.
Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev də Samux şəhər 1 saylı və 2 saylı məktəblərdə olmuş yeni təhsil ilində məktəblilərə və müəllimlərə uğurlar arzulamışdır.
Tədbirlər məktəb kollektivlərinin “Bilik Gününə” həsr etdikləri bədii-musiqili proqramlarla davam etdirildi.