Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabenin Samux rayonuna işgüzar səfəri

23 dekabr 2012 | 16:00

22.12.2012-ci il tarixdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şusuke Vatanabe Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və “Gənc Liderlər” Təhsil , Təlim və İnkişaf İctimai Birliyi tərəfindən Qırmızı Samux kəndində yenidən tikiləcək həkim məntəqəsinin tikintisi ilə bağlı Qrant layihəsi sənədlərinin imzalanma mərasimində iştirak etmişdir.
Samux rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə çıxış edən Samux rayon İH-nin Başçısının cənab Alı Qocayev hörmətli qonağı salamlayaraq Yaponiya hökumətinə və cənab səfirə humanitar sahədəki bu işlərə görə minnətdarlığını bildirmiş və səfirə xatirə hədiyyəsi təqdim etmişdir.
Tədbirdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şusuke Vatanabe, Gənc Liderlər” Təhsil , Təlim və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova çıxış etmişlər.
Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi İlham Həsənovun yeni həkim məntəqəsinin tikintisinə görə cənab səfirə minnətdarlığını bildirmişdir.
İmzalanma mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının, Səhiyyə şöbəsinin və Qırmızı Samux kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir kütləvi informasiya kanalları tərəfindən işıqlandırıldı.
 

Keçidlər