Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayonunda Qanvermə aksiyası keçirilmişdir.

11 sentyabr 2015 | 15:00

"Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul  tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cı il 26 noyabr  tarixli 224 nömrəli qərarı ilə təsdiq edilmiş və 2010-2015-ci illəri əhatə edən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi məqsədilə 11.09.2015-ci il tarixdə Samux  Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.  
         Qanvermə aksiyası B.A.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun nəzdnində Mərkəzi Qan Bankının işçiləri tərəfindən həyata keçirilmişdir. Qanvermə aksiyasında, Samux Rayon İcra Hakimiyyəti Aparatının yaxından köməkliyi ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri o cümlədən ictimaiyyət nümayəndələri fəal iştirak etmişlər. 121 nəfərdən qan tədarük edilmişdir.
       Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

 

Keçidlər