Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN xidmət Samux rayonunda vətəndaşlara xidmət göstərir.

08 sentyabr 2015 | 15:00

Səyyar "ASAN xidmət" sentyabrın 8-dən Samux rayonunda əhaliyə xidmətlər göstərir.
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobus səyyar formada rayonda  əhaliyə xidmətlər göstərir.
Samux rayon sakinləri sentyabrın 8-dən 22-dək Samuxda  ASAN xidmətdən yararlana biləcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Keçidlər