Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Yaşlı nəslin təcrübəsindən faydalanaq!" layihəsi çərçivəsində tədbir keçirildi.

05 sentyabr 2015 | 15:00

Tədbri çıxış nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev qonaqları salamlayaraq belə görüşlərin keçirilməsinin müasir ailələrin üzləşdikləri problemlərin həllində çox böyük rolunun olduğunu qeyd etdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova təmsil etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi işlər barədə məlumat verib. Vurğulanıb ki, ölkəmizdə ailə institutu dövlət siyasətinin prioritet istiqamətlərindədir. Bölgələrdə bu mövzuda tədbirlərin keçirilməsinin əsas məqsədi yaşlı nəsil ilə gənclər arasında dialoq qurmaqdan ibarətdir.

Komitə sədrinin müavini müasir ailələrin üzləşdikləri problemlərdən də söz açaraq milli mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində yaşlı nəslin təcrübəsindən daha çox istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb, ailə dəyərlərinin qorunmasında dövlət və qeyri-hökumət strukturlarının, ağsaqqal və ağbirçəklərin, eyni cəmiyyətin bütün üzvlərinin səfərbər olunmasının vacibliyini qeyd edib.

Tədbirdə gənclərdə milli-mənəvi dəyərlərin formalaşmasında yaşlı nəslin rolu, erkən nikahın fəsadları, təhsildən yayınma hallarının qarşısının alınması və digər mövzularda məruzələr dinlənilib. Şəhər ziyalıları çıxış edərək valideynlərin öz ailələrinə məsuliyyətlə yanaşmasının, xüsusilə ailə başçısının öz mədəniyyəti, tərbiyəsi ilə nümunə olmasının, ailə münasibətlərinin formalaşması və inkişafında yaşlıların təcrübəsindən faydalanmağın əhəmiyyətini qeyd ediblər. Gənc nəslin nümayəndələri də öz növbəsində ailə həyatı qurarkən yaşlı nəslin məsləhətinə qulaq asmağın vacibliyini bildirib, bu cür tədbirlərin davamlı olmasını arzulayıblar.

 

Keçidlər