Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Əmək Yarmarkası ” keçirilmişdir.

04 sentyabr 2015 | 15:00

04 Sentyabr  2015-ci il tarixdə işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə Samux şəhər Məşğulluq Mərkəzində rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatlarının  köməyi ilə     “Əmək Yarmarkası”  keçirilmişdir.
“Əmək Yarmarkası” nın keçirilməsinə dair geniş reklam informasiya işi təşkil edilmiş, rayonun mərkəzinə, qəsəbə və kənd yerlərinə elanlar vurulmuş, işsiz və işaxtaran vətəndaşlar arasında geniş təbliğat işləri aparılmışdır.
“Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı 42 idarə, müəsissə , təşkilat fiziki şəxsdən 155 boş iş yerləri çıxarılmışdır. İş yerləri təqdim edən müəssisələrdən 27 dövlət, 9 qeyri-dövlət müəssisələri, 6 fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən  106, qeyri-dövlət müəssisələri tərəfindən 17, fiziki şəxslər tərəfindən isə 32 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerində minimum əmək haqqı 109,00 manat, maksimum əmək haqqı isə 418,00 mant təşkil etmişdir.
Yarmarkada  250 nəfər vətəndaş iştirak etmiş, 47 nəfər vətəndaşa münasib iş yerlərinə , o cümlədən 2 nəfər  kvota yerinə  göndərişlər verilmişdir.
Yarmarkada rayon İcra Hakimiyyəti Başçısı cənab A.Qocayev, Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi X.Ə.Mehralıyev, rayon ictimayyəti və rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri sahibkarlar iştirak etmişdir.
Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi öz çıxışında tədbirin keçirilməsinə yaxından köməklik göstərdiyi üçün rayon İcra Hakimiyyəti Başçısına və rayon ictimayyətinə öz minnətdarlığını bildirdi.

Keçidlər