Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

02 sentyabr 2015 | 15:00

“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş fəaliyyət planı bir daha təhsilə olan qayğının əsaslı təsdiqidir.
Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın qəbulu ölkəmizin ictimai-siyasi, sosial həyatında ən mühüm və əhəmiyyətli hadisələrdən biri olmuşdur.Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülü və biliklərə əsaslanan iqtisadiyyata keçid yeni təhsil modelinin qurulmasını təmin edəcək amillərdən biridir.Milli Strategiyanın hazırlanması, təhsilin inkişafının dövlət siyasəti səviyyəsində qabaqcıl istiqamət kimi nəzərdə tutulması Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının təhsilə göstərdiyi müntəzəm diqqət və qayğıya əyani sübutdur.
Azərbaycan təhsil sisteminin yenidən qurulması ilə əlaqədar 1999-cu ildən başlanan və bu günə qədər məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu vacib sahənin inkişafına güclü təkan vermişdir.
2014-2015-ci dərs ilində Samux rayon ümumtəhsil müəssisələrində işlər “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”na,  Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsi”nə, Nazirlər Kabinetinin qərarlarına, Təhsil Nazirliyinin əmrlərinə, ümumi təhsil sahəsində təhsil orqanlarının, ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərə, “Ümumi təhsil pilləsinin”  Dövlət standartı və proqramlarına (Kurikulum),  “Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinə” , “Təhsil proqramlarının (Kuriklumlarının)” yerinə yetirilməsinə, ümumi təhsil müəssisələrinin “Pedoqoji şurası haqqında əsasnaməsi”nə və Azərbaycan Respublikasının ümumtəhsil sistemində “Qiymətləndirmə Konsepsiyası”na və digər normativ hüquqi sənədlər əsasında işlər qurulmuşdur.
2014-2015-ci dərs ilində Samux rayonu üzrə 23 tam orta məktəb, 11 ümumi orta məktəb və 1 ibtidai məktəb olmaqla 35 ümumtəhsil müəssisəsi fəaliyyət göstərmişdir. Bu məktəblərdə dərs ilinin başlanğıcında 7817 nəfər şagird təhsilə cəlb olunmuşdur. Dərs ili ərzində 198 şagird rayon ümumtəhsil məktəblərindən getmiş, 124 şagird isə məktəblərə qəbul olunmuşdur.
Samux rayon ümumtəhsil məktəblərində 2014-2015-ci tədris ilində I-IV siniflərdə 216 sinif komplektlərində 3256 şagird , V-IX siniflərdə 249 sinif komplektində 3427 nəfər, X-XI siniflərdə isə 73 sinif komplektində 1134 nəfər şagird təhsil almışdır.
Məktəbdənkənar müəssisələrdə isə 1450 nəfər şagirdin asudə vaxtlarının  daha səmərəli keçməsi üçün  şərait yaradılmışdır.
2013-2014cü tədris ilində rayon üzrə şagird-müəllim nisbəti 1:6,90 olduğu halda, 2014-2015-ci tədris ilində şagird-müəllim nisbəti 1:7,25 olmuşdur.
Kurikulum təlim kurslarından keçən müəllimlər 2014-2015-ci tədris ilində də ümumtəhsil məktəblərinin I-VII siniflərində öz bilik və bacarıqlarını tətbiq etmişlər. 2015-ci ilin avqust ayında I-VIII siniflərdə dərs deyəcək  117 nəfər müəllim kurikulum kurslarından keçmiş və sertifikat almışdırlar.
Təhsil nazirinin 07 avqust 2007-ci il tarixli 953 nömrəli əmrinin icrası təmin edilmiş, rayon məktəblərinin şagirdləri məktəbli formasına keçmişdirlər.
İKT proqramına uyğun olaraq rayonun 35 məktəbində 354 ədəd komputer, 52 ədəd notbuk,  24 ədəd proyektor  dəsti ilə təmin edilmişdir.Təhsil Nazirliyi tərəfindən rayon Təhsil şöbəsi və 23 məktəb internet şəbəkəsinə qoşulmuşdur. Komputer otaqları stol, stul, şkaf və s avadanlıqlar ilə təmin edilmişdir. Hal-hazırda  19 nəfər şagirdə 1 komputer düşür.
Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf proqramı rayon məktəblərində icra edilir. Bu sahədə rayon Mərkəzi Xəstəxanası, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi əməkdaşları ilə birgə yaradılmış komissiya tərəfindən 36 nəfər uşaq qeydə alınmış, təhsilə cəlb olunmuşdurlar.
Bir qayda olaraq, xüsusi istedada malik olan şagirdlərin seçimində fənn olimpiadalarının keçirilməsi müstəsna rol oynayır. 2014-2015-ci tədris ili ərzində olimpiadalar üç mərhələdə aparılmışdır. Poylu kənd tam orta məktəbinin IX sinif şagirdi İsmayılzadə İsmayıl biologiya fənni üzrə, Samux şəhər 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Əliyeva Günay zona yarışında I yer tutaraq Respublika mərhələsinin iştirakçısı olmuşdur.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü ilə bağlı Samux rayonunun bütün ümumtəhsil müəssisələri arasında rəsm, bədii yaradıcılıq, musiqi sahəsi və fənlər üzrə bilik yarışları keçirilmişdir. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Rayonun  35 məktəbindən 18-i qazanxana sistemində,5-i elektriklə, 12-si isə bərk yanacaqla qızdırılır.
Ümumtəhsil məktəblərinin  dərsliklə təminat proqramı tam öz həllini tapmış, bu tədris ili üçün 23870 ədəd dərslik gətirilmiş və məktəblərə paylanacaqdır.
Uşaq Gənclər Şahmat məktəbinin şahmatçısı Xəlilov İsmət Qüdrət oğlu Respublika birinciliyində 16 yaşlılar arasında II yerə çıxaraqAvropa birinciliyində iştirak üçün lisenziya qazanmış və Türkiyənin Konya Şəhərində komanda hesabında III yeri tutmuşdur.
Samux rayon ümumi təhsil müəssisələrində  5 “Tərəqqi medalı”,  5 “Əməkdar müəllim”, 4 “Qabaqcıl təhsil işçisi” və 1 ilin müəllimi müsabiqəsinin qalibi fəxri ad daşıyan müəllimlərin işləməsi bizim təhsilə olan marağımızı daha da artırır.
IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təmin edilmişdir. TİMS proqramı və Şagird-məzun sistemi  vaxtlı-vaxtında icra olunmuşdur.IX sinif üzrə 658, XI sinif üzrə isə 536 nəfər şagird  məktəbi bitirmiş və müvafiq təhsil sənədləri ilə təmin edilmişdirlər.
Məzunlardan  256 nəfəri elektron ərizə ilə respublikanın ali məktəblərinə qəbul olunmaq üçün ərizə vermişlər.162 nəfər keçid balın toplamışdır. Bunlardan  136 məzun  ali məktəbə qəbul olmuşdur .Yaxşı hal odurki  rayon üzrə 23 tam orta məktəbin hər birindən ali məktəbə qəbul olan olmuşdur . 3 nəfər məzun  xüsusi təyinatlı  ali məktəblərə  girmişdir.  21 nəfər məzun 500 – 700  arası bal  toplamışdır .  600 – dən çox bal toplayan məzun  1 nəfər olmuşdır . 500 – dən yuxarı bal toplayanlardan 3 nəfər Samux şəhər 1 nömrəli məktəb – liseyin , 1 nəfər Samux şəhər 3  nömrəli tam orta məktəbin , 3 nəfər İnstitut qəsəbə tam orta məktəbin , 1 nəfər Qarayeri qəsəbə 1 nömrəli məktəb –liseyin ,1 nəfər Qovlarsarı kənd tam orta məktəbin , 2 nəfər Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin ,3 nəfər Əhmədbəyli kənd tam orta məktəbin , 2 nəfər Sərkar kənd tam orta məktəbin , Çobanabdallı  kənd tam orta məktəbin , 1 nəfər Lək kənd tam orta məktəbinin  , 1 nəfər Alıuşağı kənd tam orta məktəbinin  və 1 nəfər Ziyadlı kənd tam orta məktəbinin məzunudur .2014 – 2015- ci tədris ili ilə müqayisədə 22 məzun çox qəbul olmuşdur .  Bu məzunlardan 64 nəfər  Gəncə Dövlət Universitetinə  26 nəfər Azərbaycan Dövlət Aqrar Universitetinə ,11 nəfər məzun Bakı Dövlət   Universitetinə qəbul olmuşdur .
   11 – illik təhsil bazasından 30 nəfər məzun orta ixtisas məktəblərinə qəbul olmuşdurlar .

Keçidlər