Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Aşağı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.

25 avqust 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Aşağı  Ağasıbəyli kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı  Ağasıbəyli kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Sadıqov Tahir Böyağa oğlu  çıxış edərək  1 ədəd subartüzian quyusunun vurulmasını xahiş etdi.
2. Əhmədov  Əgid   Nəbi oğlu öz çıxışında  yararsız elektrik naqillərinin dəyişdirilməsini  xahiş etdi.
3. Cəfərov Yusif Abdulla oğlu idman meydançasının  ətrafındakı qurumuş ağacların kəsilməsi təklifinini irəli sürdü.
4. İmanov Nazim Məmi oğlu Yuxarı  Ağasıbəyli və Aşağı Ağasıbəyli yolunun  təmiri təklifinini irəli sürdü.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər