YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsində imza toplayacaq partiya fəallarının treninqi keçirildi.
2015-ci ildə Azərbaycan Respublikasında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsi yaradılaraq fəaliyyətə başlamışdır. Qərargahın fəaliyyət proqramına uyğun olaraq parlament seçkiləri ilə əlaqədar namizədlərin müdafiəsi üçün seçici imzalarını toplamaqdan ötrü 10 nəfər YAP fəallarının siyahısı hazırlanaraq YAP Mərkəzi Aparatına təqdim edilmişdir. Bu gün Qərargahda deputatlığa namizədin müdafiəsi üçün imza toplayacaq YAP fəallarının treninqi keçirildi.Treninqdə YAP Samux rayon təşkilatının və rayon Seçki Qərargahın sədri Gündüz Bayramov çıxış etdi.O, seçici imzalarını toplayacaq fəallara nümunəvi imza vərəqi əsasında təlimat verərək imza vərəqinin doldurulma qaydalarını izah etdi.İmza toplayacaq partiya fəallarını maraqlandıran suallara cavab verildi.Treninq diskusiya şəklində aparıldı, hər bir imza toplayacaq partiya fəalına nümunə imza vərəqi və Azərbaycan respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və Dairə Seçki Komissiyasının təqdim edilməsi qaydaları haqqında təlimat kitabçası paylanıldı.