“Onların Kimsəsi Bizik”
Samux rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi Samux rayon Heydər Əliyev Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyi tərəfindən “Onların Kimsəsi Bizik” adlı layihəsi çərçivəsində uşaq evi uşaqları üçün Xoşbulaq yaylağında düşərgə təşkil olundu.
Layihənin əsas məqsədi uşaq evində yaşayan uşaqlara, eləcədə əmək qabiliyyəti olan əlil gənclərə yardım göstərmək, onların cəmiyyətimizdə mövcud olan sosial problemlərinin həllində iştirak etmək və cəmiyyətdə layiqli yer tutmalarına şərait yaratmaqdan ibarətdir. Layihənin rəhbəri Aygün Həsənzadə “Layihə çərçivəsində uşaq evində böyüyüb boya-başa çatan və əlilliyi olan gənclərin peşəkar bacarıq əldə etməsi, onların məşğulluğunun təmin olunması, gələcək həyatlarını sağlam əsaslar üzərində qurmalarına nail olmaq məqsədilə davamlı olaraq fərdi inkişaf, biznes, nitq inkişafı, psixoloji, təhlükəsizlik və digər mövzularda təlimlər, görüşlər və düşərgələr təşkil olunacaq.”deyə qeyd edib.