Şriftin ölçüsü :

Saytın rəngi :

YAP MSQ-nin Samux rayon şöbəsində treninq keçirilib

20 avqust 2015 | 15:00

2015-ci ildə Azərbaycan Respublikasında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsi yaradılaraq fəaliyyətə başlayıb.  Qərargahın fəaliyyət proqramına uyğun olaraq parlament seçkiləri ilə əlaqədar namizədlərin müdafiəsi üçün seçici imzalarını toplamaqdan ötrü 10 nəfər YAP fəallarının siyahısı hazırlanaraq YAP Mərkəzi Aparatına təqdim edilib.
Bu gün Qərargahda imza toplayacaq YAP fəallarının treninqi keçirilib. Treninqdə YAP Samux rayon təşkilatının aparat rəhbəri, Qərargahın sədr müavini Sevinc Xəlilova çıxış edib. O, imza toplayacaq fəallara nümunəvi imza vərəqi əsasında təlimat verərək imza vərəqinin doldurulma qaydalarını izah edib. İmza toplayacaq partiya fəallarını maraqlandıran suallara cavab verilib. Treninq diskusiya şəklində aparılıb.

Keçidlər