Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Lüksemburq kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lüksemburq kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Rüstəmov Kərim Allahverdi oğlu çıxış edərək pay torpaqlarının suvarılması üçün əlavə su nasosunun quraşdırılması təklifini verdi.
2. Musayev Fidayıl Cabbar oğlu yararsız elektrik naqillərinin dəyişdirilməsini xahiş etdi.
3. İbrahimov Telman Qurban oğlu Lüsemburq-Yenikənd yolunun təmiri təklifi ilə çıxış etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.