Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüqeyd edildi

18 avqust 2015 | 15:00

Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərmiş, milli sərhəd siyasətinin əsasını qoymuş, sərhəd strategiyasını müəyyənləşdirmişdir. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il dekabrın 16-da Azərbaycanda sərhəd qoşunlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyinin əsas amillərindən olan Azərbaycan Respublikasının sərhədlərinin məhz Sərhəd Qoşunlarına tapşırılmasının bu qoşun növünün Respublika Silahlı Qüvvələrinin tərkibində çox böyük əhəmiyyətə malik olduğunun göstəricisi olduğunu qeyd etmişdir.

Dövlət başçısı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2009-cu ildə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışı zamanı qeyd etmişdir ki, lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin işçiləri Şəmkir sərhəd dəstəsinin Samux Rayon ərazisində yerləşən sərhəd zastavasında olmuşlar. Əsgərləri Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin adından təbrik etmiş və onlara sovqatlar  verilmişdir.Görüşdə Samux rayon Mədəniyyət evinin musiqi kollektivi əsgər və zabitlər qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər