Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 12 avqust-Beynəlxalq Gənclər gününə həsr olunmuş veloyürürş keçirildi.

13 avqust 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi,  Samux Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibəti ilə yeniyetmə və gənclərin velosiped idman növünə marağın daha çox olmasını nəzərə alaraq veloyürüş keçirildi.  Marşurut  Samux şəhər ərazisində 5 km uzunluqdan ibarət idi. 35 yeniyetmə və gəncin iştirakı ilə keçirilən tur Samux Rayon Polis Şöbəsinin texniki dəstəyi ilə tam təhlükəsiz şəraitdə  Heydər Əliyev adına istirahət parkında yekunlaşdı. Mədəniyyət Şöbəsinin dəstəyi ilə musiqili əyləcə porqramı  altında iştirakçılar parkda çay süfrəsinə dəvət olundular.  Sonda fəallığı ilə seçilən iştirakçılara idarəmiz tərəfindən sertifikat verildi.

Keçidlər