Samux rayonunda “12 avqust-Beynəlxalq Gənclər Gününə həsr olunmuş Gənclərin 2-ci Yaradıcılıq Festivalı” keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə Samux Rayon Heydər Əliyev Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyi tərəfindən “12 avqust-Beynəlxalq Gənclər gününə həsr olunmuş Gənclərin 2-ci Yaradıcılıq Festivalı” təşkil edildi. Festivalda Samux Rayon Icra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev və digər rayon rəsmiləri, qonaqlar və istedadlı fəal gənclər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir Azərbaycan himni ilə başlayib.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev gəncləri təbrik edərək “Azərbyacan gəncliyinin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında böyüdüyünü, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunduğunu” vurğuladı.
Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə dövlət gənclər siyasətinin gəncliyin inkişafına verdiyi təkandan söz açdı. O, 1996-cı il fevralın 2-də keçirilən Respublika Gənclərinin I Forumunda Heydər Əliyevin gənclər qarşısında tarixi bir vəzifə qoyduğunu, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” dəyərli sözlərini xatırlatdı. Son illər ölkəmizdə gənclərin hərtərəfli inkişafının sürətlənməsindən, gənclərin ictimai –siyasi həyatda əvəzsiz rolundan danışaraq rayon gənclərini təbrik etdi.
Tədbirin qonağı Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova da çıxış edərək elmi- texniki tərəqqinin sürətlə inkişafında gənclər öz izlərini qoyduqlarını, ölkəmizdə gedən mədəniyyət, incəsənət, elm və təhsil sahələrində böyük uğurla irəliləyərək, zəngin milli-mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsi haqqında rolundan bəhs etmişdir.
Daha sonra Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin idarə heyətinin rəhbəri Nərmin Hüeynova da çıxış edərək gənclərin “Bakı 2015 ilk Avropa oyunları”da gənclərinkönüllülük fəaliyyətindən, eləcədə həyata keçirdikləri uğurlu layihələr ətrafında söhbət açdı.
Qonaq qismində iştirak edən məhşur psixoloq Xatirə Səfərova da çıxış edərək gəncləri təbrik etdi və onlarla fikirlərini
Festivalda istedadlı gənc rəssamların əsərlərini nümayiş olundu. Samux rayonunun eləcə də ətraf şəhər və rayonlardan dəvət almış istedadlı gənclərin ifa və rənarəng çıxışları tədbirə rəng qatdı.
Daha sonra ictimai fəal gənclər və festival iştirakıları sertifikat və diplomlarla mükafatlandırıldılar.