Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü

13 dekabr 2012 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar keçirilən anım mərsimindən əvvəl tədbir iştirakçılar rayon icra hakimiyyəti binasında ulu öndərin büstü önünə gül dəstələri düzdülər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev anım mərasimini açıq elan etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən xüsusi sənədli filmi seyr etdilər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev öz çıxışında müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, olan Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün xalqımız tərəfindən dərin kədər hissi ilə vətənimizin hər bir guşəsində qeyd edildiyini bildirdi. Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, Ümummilli liderimiz daim doğma Vətənə, xalqa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların müdafiəçisi və təminatçısı olmuşdur. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurlu davamının nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir,bütün sahələrdə böyük nailiyyətlərə imza atılır. Artıq İqtisadi inkişafın Azərbaycan modelinin dünya dövlətləri üçün bir örnək olduğunu Ümummilli liderimizin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu inkişafın uğurla davam etdirildiyini, müəyyənləşdirilmiş strateji hədəflərə uğurla nail olunduğunu qeyd etdi .
Daha sonra çıxış edən tədbir iştirakçıları müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirmişlər. Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında, respublikamızın ictimai, siyasi, mədəni, iqtisadi sahədə uğurlarının təməlində məhz ümummilli liderin uzaqgörən siyasətinin dayandığını nəzərə çatdırmışlar.
 

Keçidlər