Samux rayonunda İKT ilə bağlı növbəti seminar keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən “Sahibkar və fermerlərin “Elektron hökumət” və digər İKT resurslarından istifadəsi ilə bağlı bacarıqlarının inkişaf etdirilməsi” layihəsi Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi tərəfindən uğurla həyata keçirilir.
Belə ki, layihə çərçivəsində Samux rayonunda sahibkar və fermerlər tərəfindən ən çox ehtiyac duyulan Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərlə bağlı keçirilmiş seminarlar rayonda fəaliyyət göstərən sahibkarlar, fermerlər və digər dövlət və özəl struktur nümayəndələri tərəfindən böyük maraq doğurmuş və elektron xidmətlərdən istifadə ilə bağlı ehtiyacların ödənilməsinəmühüm töhvə olmuşdur.
Elektron resurslardan istifadə ilə bağlı təşkil edilmiş məsləhət xidmətlərindən 60-dan çox sahibkar, fermer və digər icma təmsilçiləri faydalanmışdırlar.
Yaradılmış “Elektron Xidmət Mərkəzi” dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə ilə bağlı davamlı köməyi təmin edəcəkdir.