Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsi yaradıldılması
YAP Samux rayon təşkilatında partiya fəallarının iştirakı ilə yığıncaq keçirildi.Yığıncaqda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, rayonumuzda 2015-ci il Parlament seçkilərinə hazırlığın yüksək səviyyədə həyata keçirildiyini və bu məqsədlə də YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin yaradılmasının zəruriliyini qeyd etdi. Seçki qərargahın yaradılmasının seçkiyə hazırlıq işini daha da sürətləndirərək, seçkilərin tam şəffaf və demokratik keçirilməsində xüsusi rolu olacağını bildirdi.
Yığıncaqda YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsində fəaliyyət göstərəcək qərargah üzvlərinin 19 nəfərdən ibarət tərkibi müəyyənləşdi. Sonra həmin tərkibdən YAP Samux rayon təşkilatının sədri Bayramov Gündüz – qərargahın sədri və aparat rəhbəri Xəlilova Sevinc müavin seçildilər. Daha sonra Parlament seçkiləri ilə bağlı görüləcək işlər müzakirə edilərək, qərargah üzvləri arasında iş bölgüsü aparıldı.
Yaradılmış qərargahın iş prinsipini xüsusilə qeyd edən Qərargah sədri Gündüz Bayramov qərargah üzvlərinə öz tapşırıq və tövsiyyələrini verdi.