Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Tatlı kəndində səyyari görüşü keçirilmişdir.

05 avqust 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd  də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Kərimov Namaz Xanlar oğlu çıxış edərək şəhid adına  olan  bulağın təmiri təklifini verdi.
2. Hüseynov Abil Bəndər oğlu Mərkəzi küçənin işıqlandırılmasını xahiş etdi.
3. Əliyev Nizami  Qoşun oğlu  kəndə fasiləsiz elektrik enerjisinin verilməsi təklifi ilə çıxış etdi.
        Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər