Samux rayonunda kikboksinq idman növü üzrə yarış keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux Rayon Gənclər və İdman İdarəsi və Samux Kikboksinq İdman Klubunun təşkilatçılığı ilə 31 iyul 2015- ci il tarixdə Samux Kikboksinq Klubunun yaranmasının 15 illiyinə həsr olunmuş açıq rayon çempionatı başa çatdı. Çempionatda Samux Kikboksinq Klubunun rəhbəri Əməkdar-məşqçi, baş hakim Elnur Salamovun 2 komandası ilə birgə kikbosinq üzvü olan komandalar Bakı (2 komanda), Gəncə (6 komanda), Göy-Göl (1 komanda), Mingəçevir (2 komanda), Kəlbəcər (1 komanda), Ağcabədi (2 komanda), Tərtər (2 komanda), Goranboy (4 komanda), Şəmkir (2 komanda) ümumilikdə 24 komanda da 300-ə yaxin idmançı öz qüvvələrini sınadı. Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev də bu yarışmanı izlədi və idmançılarımıza öz tövhələrini verdi. Komanda hesabı ilə 1-ci yerə Samux rayon komandası, 2 yerə Gəncə komandası, 3-cu yerə isə Tərtər komandası layiq görüldü.