Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yeni artezian quyularının qazılmasına başlanılıb

27 iyul 2015 | 15:00

Samuxda torpaqların suvarılması ilə bağlı problemin həlli məqsədilə yeni artezian quyularının qazılması istiqamətində işlərə start verilib. Rayon üzrə 11 subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq 7 quyuda işlər tamamlanıb.
Gülağa Bağırov- Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi: “Yanvar ayında komissiya gəldi və İcra Hakimiyyəti başçısının müavinləri digər şəxslərlə ən çətin suvarılan əraziləri müəyyənləşdirdilər. 11 yeni subartezian quyusunun istifadəyə verilməsi ilə təxminən 500 ha ərazinin suvarılması daha da yaxşılaşdırılacaq”.

Keçidlər