Samux rayonunda “03 dekabr- Beynəlxalq əlillər günü” qeyd edilmişdir
03 dekabr 2012-ci il tarixdə Samux rayonunda yerləşən “Şahzadə ” şadlıq sarayında Beynəlxalq əlillər günü münasibətilə tədbir keçirildi.
Tədbirdə 100 nəfərədək müxtəlif kateqoriyadan olan əlil insanlar dəvət edilmişdir.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev başda olmaqla Samux rayon İHB-ı aparatının işçiləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edirdilər.
Tədbiri açan ƏSMM-nin Samux rayon şöbəsinin direktoru Cəsur Məmmədov təbrik üçün sözü rayon icra hakimiyyətinin başçısı Alı Qocayevə verdi.
Alı müəllim tədbiri iştirakçılarının təbrik edərək onların daim dövlətin qayğısında olduğunu bildirdi və buna bariz nümunə olaraq möhtərəm Prezidentimizin göstərişi ilə ehtiyacı olan əlillərin ev və maşınla təmin olunduqlarını və bu prosesin bundan sonrada davam edəcəyini bildirdi.
Həmçinin, cənab Alı Qocayev bu cür insanlara Samux rayon İcra Hakimiyyəti tərəfindən də daim diqqət göstərildiyini bildirərək, hər hansı bir problemlə üzləşdikdə ona müraciət etmələrini bildirdi.
Alı Qocayev tədbir iştirakçılarına bayram sovqatları payladı. Tədbirdə iştirak edən əlillərdən Mirzəmməd Orucov, H.Həmzəyev çıxış edərək bu diqqət və qayğı üçün Azərbaycan Prezidenti İ.Əliyev cənablarına həmçinin Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə öz minnətdarlıqlarını bildirərək bu qayğını daim hiss etdiklərini bildirdilər.
Rayon 2 saylı musiqi məktəbini kollektivi geniş konsert proqramı ilə çıxış edərək tədbirə əlavə qatdılar.
Tədbir bir çox televiziya kanalları tərəfindən işıqlandırıldı.