Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda kənd yolunun bir hissəsi asfaltlaşdırıldı.

24 iyul 2015 | 15:00

23  iyul  2015-ci il tarixdə saat 11:00 da rayonun Seyidlər kəndində Azərbaycanda Sosial İqtisadi İnkişaf fəaliyyəti(SEDA) layihəsi çərçivəsində 370 m asfalt örtüyünün çəkilişinin başa çatdırılması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə qonaq qismində SEDA-nın ölkə üzrə rəhbəri Tim Madiqan, SEDA-nın Gəncə-Qazax üzrə regional direktoru Günay Zeynalova, ABŞ səfirliyinin iqtisadiyyat üzrə nümayəndəsi Mişel Durnan və İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional idarəsinin direktoru Arzu Hacıyev iştirak edirdilər.
Tədbiri çıxış nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin Ərazi və Yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurbanov Rövşən rayonumuzda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışdı.
Daha sonra çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional idarəsinin direktoru Arzu Hacıyev Respublikamızın sosial-iqtisadi inkişafindan söz açaraq Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 11 ildə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlar əldə edildiyini vurğuladı. Belə ki, dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bir sıra zəruri tədbirlər görülmüşdür.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər

Keçidlər