Samuxda idmanın sərbəst güləş üzrə növünə maraq artmışdır.
Rayonumuzda sərbəst güləş idman növünə həvəskarların sayı günü gündən artmaqdadır. Belə ki 3 qat Azərbayca çempionu, məşqçi müəllim Cəlilov Anar Ənnağı oğlunun fərdi yaratdığı sərbəst güləş zallarında 70-dən çox uşaq, yeniyetmə və gənclər sərbəst güləş idman növü ilə məşğul olurlar. Məşqçi-müəllim həftənin 7 günü Samux rayonun 3 müxtəlif kənd və qəsəbələrində fəaliyyət göstərir. Sərkar kənd tam orta məktəbində 22 tələbə , Qarayeri qəsəbəs tam orta məktəbində 28 tələbə və rayon mərkəzindən 70 km uzaqda yerləşən Poylu kənd tam orta məktəbində isə 20 tələbə bu idman növü ilə məşğul olur. Axırıncı bir ayda 4 müxtəlif rayon açıq birinciliklərində uşaq, yeniyetmə və gənclər oz qüvvələrini sınamışlar. Bunlardan Gədəbəy rayonunda keçirilən açıq birincilikdə 15 nəfər idmançımız iştirak etmişdir ki, 5 idmançımız 1-ci yer, 2 idmançımız 2-ci yer və 1 idmançımız 3-cü yerə çıxmışdır. 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə Gəncə şəhərində keçirilən açıq birincilikdə 20 nəfər idmançımız iştirak etmişdir ki, 4 idmançımız 1-ci yeri, 6 idmançımız 2-ci yeri və 5 idmançımız 3-cü yeri qazanmışlar. Şəmkir rayonunda keçirilən açıq birincilikdə 14 nəfər idmançımız iştirak etmişdir ki, 2 idmançımız 1-ci yer, 3 idmançımız 2-ci yer və 5 idmançımız 3-cü yerə çıxmışdır. 23 iyul 2015-ci il tarixdə isə Samux rayonu şərbəst güləş idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir.