Samux rayonunda küçələrin abadlaşdırılması davam etdirilir.
Respublikanın bütün regionlarında olduğu kimi Samux rayonunda da abadlıq-quruculuq işləri davam etdirilir.
Belə ki, Samux şəhəri Mehdi Hüseyinzadə, 28 may, Məmməd Əsədov, Babək küçələrində və eyni zamanda rayon mərkəzinin yeni yaşayış massivində yeni işıq dirəkləri basdırılmış, elektrik naqilləri müasir standartlara cavab verən zip kabellərlə əvəz edilmişdir. Samux şəhərinin Məhəmməd Əsədov və Babək küçələrinə səki daşları düzülmüş, su keçid və arxları betonlaşdırılaraq inşa edilmiş və adı çəkilən küçələrə ilk dəfə olaraq asfalt örtük çəkilmişdir. Bu münasibətlə şəhər əhlisi ilə görüşən Samux Rayon İcra Hakimiyyətinin nümayəndələrinə küçə sakinləri adından çıxış edən Şəmmədov Sabit və Əsədov Rəfael göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.