Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun xatirəsinə həsr olunmuş bələdiyə komandaları arasında Futbol üzrə "Samux rayon -kuboku" sona çatmışdır!

09 iyul 2015 | 15:00

Azərbaycan Respublikasının milli qəhrəmanı Eltun Xaləddin Oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş gənclər arasında Futbol üzrə rayon kuboku sona çatmışdır. 17 iyun 2015-ci il tarixdən başlayan oyunlar rayonun qəsəbə və kəndlərini əhatə etmişdir. Milli qəhrəmanlarımızın təbliği , yeniyetmələr arasında vətənpərvərliyin aşılanması ,gənclırin asudə vaxtının səmərəli təşkili üzrə keçirilən oyunda finalda Sərkar və Ağasıbəyli komandaları qarşılaşmışdır. Azərbaycan Futbol Federasiyaları Assosiyalarının Gəncə hakimləri tərəfindən idarə edilən oyunda 6 :1 hesabı ilə Ağasıbəyli komandasının xeyrinə başa çatmışdır. Final oyununu rayon rəhbərliyi ,idarə ,təşkilat rəhbərləri və əməkdaşları izləmişdir.
Milli qəhrəmanımızın atası Xaləddin İsgəndərov söz alaraq oğlunun xatirəsinə həsr edilmiş futbol yarışını istərsə digər idman növləri üzrə keçirilən tədbirlərdə oğlunun təbliği sahəsində böyük işlər görülsüyünü vurğuladı.Bunun üçün rayon rəhbərliyinə , aidiyyatı təşkilatlara öz minnətdarlığını bildirdi.
Sonda Rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayev qalibləri mükafatlandırmış,kubok qalib komandaya təqdim edilmişdir.Tədbirdə KİV tərəfindən çəkiliş aparılmışdır.

Keçidlər