Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Seyidlər kəndində səyyari görüşü keçirilmişdir

08 iyul 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Seyidlər kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Seyidlər   kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi və  su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Cəfərov  Mirsalsaleh  Mirəli oğlu çıxış edərək  1 ədəd  subartezian quyusunun vurulmasını       xahiş etdi.
2. Vəliyev Vəli  Paşa oğlu öz çıxışında  həyətyanı torpaq  sahəsinin  verilməsini    xahiş etdi.
3. Həsənov  Qədir  Abdulla  oğlu su arxının işlənilməsi    təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər