Samux rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
07 iyul 2015 | 15:00
Samux rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Respublikanın bütün regionlarında olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, Samux şəhəri Alıncalı, Məmməd Əsədov, Nəsimi, Qələbə və Kür küçələrində yeni su arxları, su keçidləri, səkilər və içməli su xətləri çəkilmiş və yeni asfalt örtüyü salınmışdır. Bu münasibətlə şəhər əhlisi ilə görüşən Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə küçə sakinləri adından çıxış edən Zeynalov Rəhman, Əliyev Knyaz, Kazımov Ələkbər və Heydərov Nadir göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.