Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu ərazisində torpaqların su təminatı yaxşılaşdırılır

03 iyul 2015 | 15:00

Ölkə başçısının hər sahədə diqqət və qayğısı olduğu kimi kənd təsərrüfatı sahəsinə də xüsusi diqqəti vardır. Buna misal  olaraq 15.11.2014-cü ildə açılışı baş tutmuş Şəmkirçay su anbarını göstərə bilərik . Bu su anbarı vasitəsiə iri əkinçilik sahələrinin suvarılması nəzərdə tutulur. Belə ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunmuşdur. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində   Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaqdır.  Samux rayonu ərazisində də Şəmkirçay dəryaçasından gələn təsərrüfatlararası kanalların vasitəsi ilə 6683 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
Şəmkirçay dəryaçasından Şəmkir Maşın Kanalı vasitəsi ilə 6 kub.m suyun axıdılması təmin edilmişdir ki, həmin suyun rayona daxil olması Alabaşlı, Qarayeri, Qaraarx qəsəbələrində, Qovlarsarı, Ziyadlı və Sərkar kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına şərait yaratmışdır.  Hal-hazırda əkin sahələrinin suvarılması işləri davam etdirilir.

Keçidlər