Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Polis günü qeyd olundu

02 iyul 2015 | 15:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı  günü münasibəti ilə Samux rayonunda  Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoydular. Daha sonra Heydər Əliyev Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış oldular. Tədbir YAP Samux Rayon Təşkilatının inzibati binasında keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışdı.
Daha sonra Samux rayon Prokuroru Nürəddin Qasımov, Samux Rayon Məhkəməsinin Sədri Nizami Hümbətov və YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarını peşə bayramı  günü münasibəti ilə təbrik etdilər.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Samux Rayon  Polis şöbənin bir sıra əməkdaşları təltif olundular.

Keçidlər