Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının Samux rayonunun Samux şəhərində səyyari görüşü keçirilmişdir.

30 iyun 2015 | 15:00

30.06.2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Samux rayonunun Samux şəhərinin sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
   Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
    Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elşad Qasımov şəhər barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Şəhərdə görülmüş işlər, elektrik enerjisi, təbii qaz və su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əsgərov  Fikrət  Hadı oğlu  çıxışında yeni yaşayış  massivinə  elektrik xəttinin çəkilməsi   təklifini irəli sürdü.
2. Nəsibov  İsrafil  Bəhlul  oğlu Maşın Su kanalınadan ayrılan kanalın işlənilməsini           xahiş etdi.
3. Namazova Yeganə  Famil qızı isə kanalizasiya  xəttinin çəkilməsi  təklifini irəli sürdü
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər