Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən hesabat yığıncağı keçirilmişdir.

01 iyul 2015 | 15:00

Narkotik    vasitələrin,    psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icrası ilə bağlı 2015-ci  ilin 6 ayı ərzində   hüquq mühafizə orqanlarının və digər aidiyyəti qurumların iştirakı ilə  maarifləndirici tədbirlər həyata keçirilmiş, narkotik vasitələrin qanunsuz alqı- satqıısı,  saxlanması və əkilməsi ilə bağlı  faktlar aşkar edilərək  müvafiq tədbirlər görülmüşdür. 

 Narkomanlığın   bəşəriyyətinin    inkişafına  mane  olan   ən  böyük    bəlalardan  biri    olması  nəzərə  alınaraq, narkomanlığın   yayılmasının    qarşısının  alınması,    narkotik    vasitələrin,    psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə   müstəqil   dövlətimizin    memarı  ümummilli   liderimiz    H.Əliyevin   siyasi    fəaliyyətində    mühüm  yer  tutmuşdur.   Məhz  bu    sahəyə    olan  diqqətin    nəticəsidir  ki,    26.08.1996-ci    ildə    Ulu  Öndərin     imzası  ilə  Narkomanlığa    və   Narkotik  Vasitələrin    Qanunsuz    Dövriyyəsinə    qarşı  fərman  imzalanmışdır.   Məhz    fərmandan  sonra   bu  istiqamətdə    yeni-yeni   mühüm  sənədlər  qəbul  edilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə ümummilli liderimizin ən layiqli davamçısı ölkə prezidenti cənab İ.Əliyev tərəfindən daha yüksək səviyyədə davam etdirilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəni daha səmərəli təşkili məqsədilə Dövlət Proqramlar  qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirililir.  Belə ki, bu mühüm dövlət sənədindən irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə İcra Hakimiyyətində müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraq  qəbul edilmiş Dövlət Proqramdan irəli gələn tələblərin icrası istiqamətində müvafiq  tədbirlərin görülməsi təmin edilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün İcra Hakimiyyətində etimad telefonu yaradılmış, aidiyyəti orqanların yaxından iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi təmin edilmişdir.

 2014-cü il ərzində Narkotik    vasitələrin,    psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsi ilə bağlı  müəyyən işlər görülmüşdür.  Belə ki, 2014-cü il ərzində Narkotik    vasitələrin,    psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsi ilə bağlı  keçirilən əməliyyat nəticəsində  5 cinayət faktı aşkar olunaraq 784,68 qram narkotik vasitə olan  qurudulmuş marixuana  dövriyyədən  çıxarılmışdır.

Hüquq-mühafizə  əməkdaşları tərəfindən  “Xaş-Xaş-2014” şərti adı altında keçirilən əməliyyat nəticəsində 06.06.2014-cü ildə Samux rayon Qaraarx kəndinə gedən yolun sağ tərəfində “Qoşqar”MMC fermasının yaxınlığında 1ha ərazidən yaşıl kütləsi 575 kq  olan 5 min ədəd narkotik mənşəli çətənə kolları Samux RPŞ-nin əməkdaşları tərəfindən yandırılaraq məhv edilmişdir. Bundan əlavə 30.06.2014-cü ildə hüquq-mühafizə  əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində aşkarlanan Kolayır  kəndi ərazisində su arxının kənarında 0,9 ha ərazidə yabanı halda bitmiş  yaşıl kütləsi 620 kq  olan 4 min ədəd narkotik mənşəli çətənə kolları  yandırma yolu ilə  məhv edilmişdir.

Bu gün  “Ağ  ölüm”    adlanan    narkomanlığın  və  QİÇS-in  gənclər  və məktəblilər   arasında  yayılması    ehtimalı    daha  böyük    olduğundan    bu  istiqamətdə    aparılan    təbliğatın   və  maarifləndirmə  işinin    çox  böyük    əhəmiyyəti   vardır. Yeniyetmə  və  gənclərin    bu  bəşəri    xəstəliklər    haqqında    biliklərini    artırmaq  məqsədi  ilə  ümumtəhsil məktəblərin yuxarı  sinif    şagirdləri  arasında  “Neqativ    hallara   qarşı    birgə  mübarizə”    və  “Narkomaniya   ilə  mübarizə    hər  birimizin işidir” və sair    mövzusunda    söhbətlər    və    diskusiyalar   təşkil  edilmiş, rayon ictimaiyyəti və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə rayon üzrə mütəmadi olaraq   maarifləndirici tədbir həyata keçirilmişdir.

         Komissiyanın xətti ilə aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq, o cümlədən 26 iyunda-“Narkotiqlərlə Mübarizə Günü” ilə əlaqədar tədbirlər keçirilir, maarifləndirmə işi aparılır.    Samux rayon Gənclər və İdman İdarəsinin təbirlər planına uyğun olaraq hər il mütamadi olaraq nakomaniya ilə mübarizə mövzusunda  müxtəlif tədbirlər keçirilir. Belə ki, məktəblərdə və  Heydər Əliyev Mərkəzində   Ümumdünya Narkotiklərlə Mübarizə günü ilə bağlı “Narkomanlıq və narkotik vasitələrlə mübarizə” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə İcra Hakimiyyəti başçısı Aparatının, rayon gəncləri prokurorluğun və polis şöbəsin əməkdaşları, narkotiklərlə mübarizə bölməsinin rəisi, həmçinin ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı təmin olunmuşdur.
Həmçinin, rayonda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarınınn, təhsil müəssisələrinin və fəal gənclərinin köməyi ilə “ağ ölüm”ün mahiyyətindən bəhs edən bukletlər və video çarxların hazırlanması  nəzərə alınmışdır.

         Bundan əlavə həkimlərin iştirakı ilə  “QİÇS-lə  mübarizə  günü münasibəti ilə  “Sağlamlığımızı  birgə qoruyaq” mövzusunda   dəyirmi masalar keçirilmişdir. QİÇS-in yaranma səbəbləri, fəsadları haqqında  nə bilirik “ mövzusunda iştirakçıların fikirləri öyrənilmişdi. Mərkəzi Xəstəxananın həkim kollektivi gənclər arasında maarifləndirmə işi aparmışdır.

    Rayon  üzrə    39  nəfər    şəxs   narkomanlıqla  bağlı    qeydiyyata    götürülmüşdür. Bunların  bəziləri   müalicəyə  cəlb  edilmişdir. Qeydiyyata    götürülmüş    bu  şəxslərlə    profiliktik  tədbirlər    aparılmaqla    və  maarifləndirmə    işləri  görülür. Aparılan maarifləndirmə və profilaktik tədbirlərin nəticəsidir ki, qeydiyyata  götürülmüş 39 nəfər napkoman arasında yetkinlik yaşına çatmayan olmamışdır.  

Keçidlər