Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Nümayəndələri Gəncə şəhər “N” saylı hərbi hissədə oldular.

26 iyun 2015 | 15:00

26 iyun 2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin Nümayəndələri və Samux Rayon Gənclər və İdman İdarəsi kollektivi Azərbaycan Silahli Qüvvələr Günü münasibəti ilə “N”  saylı Hərbi Hissədə oldular. Tədbiri giriş sözü ilə Hərbi Hissə komandiri açaraq şəxsi heyyətini bu bayram günü münasibəti ilə təbrik etdi. Sonra Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev çıxış edərək hərbi hissə komandiri başda olmaqla zabit, gizir və əsgər heyyətini bu gözəl bayram münasibəti ilə təbrik etdi və Hərbi Hissə komandirinə Samux Rayon İcra Hakimiyyəti Başçısı Cənab Alı Qocayevin imzası ilə olan Ulu Öndərimiz Heydər Əliyevin yaradiciliğina həsr olunmuş "Mütəqilliyimiz Əbədidir" adlı kitab bağışladı. Samux Rayon Gənclər və İdman İdarəsi də bu bayram münasibəti ilə şəxsi heyyətə idman ləvzimatları (şahmat, dama, nərd, damino, loto, top və s.) dəstlərini hədiyyə etdi.
Rəsmi hissədən sonra bədii hissədə əsgərlər musiqi müşayəti altında rəqs etdilər. BAYRAMINIZ MÜBARƏK ! ! !

Keçidlər