Samuxlular Silahlı Qüvvələr Gününü qeyd etdilər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarananmasının 97-ci ildönümü münasibətilə Göygöl rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Samux Rayon İcra Hakimiyyətinin və Mədəniyyət və turuzim şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirə dövlət himninin səsləndirilməsi ilə başlanıldı. Sonra Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanlanmış məktubu oxundu. Tədbirdə Samux Rayon İcra hakimiyyətinin əməkdaşı Əliyev Mehman Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevın adından “N” saylı hərbi hissənin hərbi qulluqçularının və şəxsi heyətini bayram münasibətilə təbrik etdi və qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin xidmətləri çox böyük olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin müasir hərbi texnika və sursatla təchiz edilməsi, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğuladı. Cənubi Qafqazın ən böyük ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduğu fikri bir daha qeyd olundu. Daha sonra “N” saylı hərbi hissəyə qiymətli hədiyyələr verildi.
Tədbir Samux Rayon Mədəniyyət və Turizim şöbəsinin incəsənət xadimlərinin çıxışları ilə davam etdirildi.