Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin “Vətənimizi Tanıyaq və Tanıdaq”devizi altında Samux və Qazax Uşaq Musiqi məktəblərinin birgə tədbiri keçirildi.

25 iyun 2015 | 15:00

Tədbirdə Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vəliyev Kamil Bəhlul oğlu və 50 nəfərdən ibarət olan Samux şəhər musiqi məktəbinin şagird və müəllim heyyəti iştirak etmişdir.Qonaqlar Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında qarşılanmış və sonra Ümummilli Lider Heydər Əliyevin heykəli qarşısına gül qoyma mərasimində iştirak etmişlər. Daha sonra qonaqları Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası,Gənclər Mərkəzi,Tarix Diyarşünaslıq muzeyi, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi və.s tanış etmişlər.
Samux və Qazax  rayon Uşaq Musiqi məktəblərinin birgə iştirakı ilə Ədəbiyyat muzeyində  konsert keçirilmişdir. Hər iki Mədəniyyət və Turizm şöbələrinin birgə keçirdikləri “Vətənimizi Tanıyaq və Tanıdaq “devizi altında keçirilən bu tədbirdə xatirə olaraq şəkillər çəkdirmişlər. Daha sonra qonaqlara ziyafət verilmişdir.
Tədbirdən razı qalan qonaqlar bu cür tədbirlərin Respublikamızın bütün bölgələrində keçirilməsini məqsədə uyğun olduğunu qeyd etdilər. Sonra heyyətimiz yerli mədəniyyət işçiləri ilə birgə konsert verdilər.

Keçidlər