Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alabaşlı qəsəbəsində səyyari görüşü keçirilmişdir.

24 iyun 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alabaşlı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alabaşlı  qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qütbəddin Ələkbərov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İsmayılov Mahirə İsmayıl qızı  çıxış edərək  1 ədəd subartezian quyusunun    vurulmasını xahiş etdi.
2. Məmmədov Əli Mehralı oğlu öz çıxışında  pay torpağının üzərindən keçən 10 minlik elektrik naqillərinin  bərpasını    xahiş etdi.
3. Abdullayev Mahir Həmid oğlu  qəsəbəyə maşurt avtobusunun verilməsi    təklifinini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev  qəsəbə   sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər