Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2015 | 15:00

Bu gün “23 iyun- Dövlət Qulluqçularının peşə” bayramıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı münasibətilə Samux Rayon İcra hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə təbrik nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev rayonun dövlət hakimiyyəti orqanlarında çalışan şəxsləri peşə bayramı münasibəti ilə təbrik etdi. Qeyd edildi ki, Azərbaycanın dünyada təqdir olunan və bəyənilən nailiyyətlərinin qazanılmasında və onların gündən-günə artırılmasında ölkənin dövlət idarəetmə sistemində çalışan insanların, o cümlədən dövlət hakimiyyəti orqanının və digər qurumların aparatlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının əməyi də az deyildir.
Azərbaycanda dövlət qulluğunun müasir inkişaf tarixi 2000-ci ilin iyulunda ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanunla başladı. Ulu öndər Azərbaycan dövlətinin möhkəm bünövrəsinin qurulmasının əsas şərtlərindən biri kimi dövlət idarəçilik sisteminin yaradılmasına çox böyük diqqət vermişdir. Onun böyük ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev məktəbinin yetişdirməsi və onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Samux  rayonunun da dövlət qulluqçuları vəzifə öhdəliklərinin yerinə yetirilməsi və vətəndaşların müraciətlərinə baxılması sahəsində işlərinin şəffaf və qanunauyğun görülməsinə çalışırlar. Artıq bir neçə ildir ardıcıl olaraq rayonunun dövlət qulluqçularından biri ölkə rəhbərliyi tərəfindən təltif olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra hakimiyyətinin başçısı aparatının Aparıcı məsləhətçisi Kazımov Novruz Tamaz oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Tədbirdə çıxış edən YAP Samux Rayon Təşkilatının sədri Bayramov Gündüz rayonun 187 dövlət qulluqçusuna öz fəaliyyətində uğurlar arzuladı.
Çıxaş edən digər natiqlər peşə bayramı münasibəti ilə ürək sözlərini, arzu və təkliflərini  bildirdilər.

Keçidlər