Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda biçin vaxtında başa çatdırılaçaq

22 iyun 2015 | 15:00

Samuxda təsərrüfat sahibləri biçini vaxtında başa çatdırmaq üçün texnika çatışmazlığından əziyyət çəkmir. Bu məqsədlə sahələrə 40-a qədər kombayn cəlb edilib. Bundan başqa əvvəlki illərlə müqayisədə zəmilərdə məhsuldarlıq da yüksəksdir. Bu il Samux rayonunda 10 min hektara yaxın ərazinin 4482 ha-da arpa, 4784 ha-da isə buğda əkilib. Təxminən 10 günə yaxındır kombaynlar sahələrdə biçin aparır. Artıq 2500 hektar sahədə biçin başa çatıb və orta məhsuldarlıq 34 sentnerə yaxındır. Ötən mövsümdən fərqli olaraq, bu il havaların sabit keçməsi məhsuldarlığa müsbət təsir göstərib. Normal hava şəraitindən maksimum istifadə edən təsərrüfat sahibləri məhsulu itkisiz yığmağa çalışırlar. Bunun üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb.
Xatırladaq ki, ötən mövsüm Samux rayonunda 9 min hektar sahədə dənli bitkilər əkilib. Orta məhsuldarlıq isə 31 sentner olub.

Keçidlər