Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Burunqovaq kəndində səyyari görüşü keçirilmişdir.

16 iyun 2015 | 15:00

16.06.2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Burunqovaq kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Burunqovaq  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.Kənddə görülmüş işlər, elektrik enerjisi və  su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1.     Süleymanov  Muxtar  Əmrah oğlu  çıxış edərək  sel sularının qarşısının alınması üçün kanalın çəkilməsini xahiş etdi.
2. Mehbalıyeva Şəfiqə Mehbalı qızı öz çıxışında  əhalinin istifadəsində olan  bulağın axarının tənzimlənməsini xahiş etdi.
3. Abbasov  Sabir  Rəhim oğlu Qabırrı çayının 1 km ərazisinin lildən təmizlənməsi təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər