Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Salahlı kəndində səyyari görüşü keçirilmişdir.

11 iyun 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Salahlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Salahlı  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.Kənddə görülmüş işlər, elektrik enerjisi  və  su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Xəlilov  Rəhman  Faxrəddin oğlu çıxış edərək  sel sularının qarşısının alınması üçün kanalın çəkilməsini  xahiş etdi.
2. Yusifov  Çingiz  Kərim oğlu öz çıxışında  kənddaxili  yolların  qum – çınqıl  verilib  hamarlanmasını xahiş etdi.
3. Məhərrəmov  Yaşar  Şirək oğlu əhali üçün su qurğusundan içməli su xəttinin çəkilməsi təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər