Samux Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və Milli Mənəvi İncimiz Muğam” adlı ilk muğam gecəsi keçirildi.
Samux rayon Heydər Əliyev Mərkəzi və Sərkar kənd Musiqi Məktəbinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və Milli Mənəvi İncimiz Muğam” adlı Samux rayonunda ilk muğam gecəsi keçirildi.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin İcra Başçısı Alı Qocayev və digər rayon rəsmiləri, Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova qonaq qismində iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə Ümumlider Heydər Əliyevin Azərbaycanın zəngin irsini, milli mənəvi sərvətlərimizə necə dəyər verməsini və zəngin musiqi mədəniyyətinə malik olan Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışdı. Həmçinin dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilildiyini” də qeyd etdi.
Sonra İcra Başçısı Alı Qocayev də iştirak edərək Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etdi və ifaçılara uğurlar arzuladı.
Daha sonra tədbirin qonağı Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova da çıxış edərək muğamın sirləri haqqında iştirakçıları məlumatlandırdı və ilk muğam gecəsi təşkilatçılarını və iştirakçılarını təbrik etdi.
Tədbir Sərkar Kənd və Samux şəhər Muqisi Məktəblərinin istedadlı yetirmələrinin muğam ifaları ilə davam etdi.