Samux rayonunun gənc sahibkarları Gənc Sahibkarların 3-cü respublika sərgisidə iştirak etmişlər.
“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4.5 bəndinə uyğun olaraq 05 iyun 2015-ci il tarixdə Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə təşkilatçılığı ilə Gənc Sahibkarların 3-cü respublika sərgisi keçirildi. Sərgidə digər rayonlar kimi Samux rayonunun da 5 gənc sahibkarı tərəfindən istehsal olunmuş (“Bizim Ailə” Günəbaxan tumlarının emalı və qablaşdırılması, “Aqrikola” MMC faraş tərəvəz məhsullarının istehsalı və satışı, “Süliddinoğlu” KFT Süd və süd məhsullarının istehsalı və qablaşdırılması, “Amin” Toxumçuluq İstehsal Firması və “Sarvan” MMC süfrə suyunun istehsalı və satışı) məhsullar nümayiş etdirildi. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov və nazirliyin digər əməkdaşları da bu sərgidə iştirak edirdilər.
Sərgidən sonra “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans keçirildi. Hər iki Nazir müavinləri çıxış edərək Prezidentimizin gənc sahibkarlara göstərdiyi dəstəktən, gənclərin sahibkarlıq fəaliyyətinə olan marağından və gənc sahibkarların ildən-ilə çoxaldığını ictimayətin nəzərinə çatdırdılar. Sonda gənc sahibkarlara uğurlar arzulayaraq Samux rayonunun bu sərgidə iştirak edən bütün gənc sahibkarlarına fəal iştirakına görə sertifikat təqdim edildi.